Şirkətimiz fəaliyyətinizdə etibarlı və qanuna tabe olan əmək münasibətlərini yaratmaqda dəstək olan kadr uçotu sahəsində keyfiyyətli xidmətləri təqdim etməkdən məmnundur.
Müəssisidə kadr uçotu - insan resurslarının idarə edilməsində vacib bir aspektdir və cəmiyyətin effektiv fəaliyyəti üçün əvəzsiz hissəni təşkil edir. Kadr uçotu sahəsində bizim təcrübəli mütəxəssislərimiz Sizin fəaliyyətinizdə kadr uçotu və insan idarəetməsi üzrə bütün xidmətləri təqdim etmək imkanındadır.
Biz aşağıdakı kadr xidmətlərini təklif edirik:
Kadr uçotunun aparılması: Biz Sizin fəaliyyətinizə dair aktual olan məlumatların saxlanılmasını təmin edirik, bunlar - işçilərin əmək kitabçaları, şəxsi işlər, əmək təcrübəsi haqqında tarixçə və digər aidiyyəti sənədlər.
Əmək haqqı və digər növ gəlirlərin hesablanması: Komandamız, işçilərin əmək haqqı, sosial tutulmalar, məzuniyyətlər və sair növ gəlirlərin hesablanmasını qanunvericiliyə uyğun və dürüst şəkildə hesablanmasını təmin edir.
Əmək qanunvericiliyinin nəzarəti: Biz Sizin fəaliyyətinizdə kadr uçotu proseslərinin qanunvericiliyə uyğun olacağını və ehtimal ediləcək risklərin minimumlaşdırılmasını təmin edirik.
Kadr uçotu və əmək qanunvericiliyi məsələləri üzrə konsultasiyalar: Bizim mütəxəssislərimiz kadr uçotu və əmək qanunvericiliyi sahəsində məsələlərlə bağlı Sizə ətraflı məsləhətlər təklif etməyə hazırdır.
Biz sizin uğurunuz üçün çalışırıq və biznes məqsədlərinizə çatmaq yolunda etibarlı tərəfdaş olmağa hazırıq.